Baş nazirdən Laçın dövlət sərhəd buraxılış məntəqəsi ilə bağlı qərar

   Baş nazirdən Laçın dövlət sərhəd buraxılış məntəqəsi ilə bağlı qərar
  04 May 2023    Oxunub:1413
Azərbaycan Respublikasının dövlət sərhədindən buraxılış məntəqələrinin sayı və yerləşdiyi ərazilərin siyahısına dəyişiklik edilib.
AzVision.az -ın xəbərinə görə, bununla bağlı Baş nazir Əli Əsədov müvafiq qərar imzalayıb.

Qərarla Laçın dövlət sərhədindən buraxılış məntəqəsi – (Laçın rayonu (Malxələf kəndinin yaxınlığı), Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında) siyahıya daxil edilib.

AzVision.az



Teqlər:



Xəbər lenti