Nazarbayevin qohumuna 7 il iş verildi

   Nazarbayevin qohumuna 7 il iş verildi
  04 May 2023    Oxunub:1027
Mayın 4-də Astana məhkəməsi Qazaxıstanın keçmiş prezidenti Nursultan Nazarbayevin qardaşı oğlunun keçmiş həyat yoldaşı Gülmira Satıbaldı özbaşınalıq və adam oğurluğunda təqsirli bilərək əmlakı müsadirə olunmadan 7 il müddətinə azadlıqdan məhrum edilib.
Bundan başqa, Satıbaldı Qazaxıstanın dövlət mükafatı - “Kurmet” ordenindən də məhrum ediləcək. Bu iş üzrə ikinci təqsirləndirilən Satıbaldı Madi Batırşayevin sürücüsü də 7 il, üçüncü müttəhim, adam oğurluğunun səbəbkarı Rəşid Utebekov 5 il müddətinə azadlıqdan məhrum edilib.

Məhkəmə martın ortalarından davam edir, iş üzrə zərərçəkənlər iki sahibkar - “Galanz bottlers” ASC-nin təsisçisi Tursenqali Alaguzov və “Maxi Bottlers” LLP-nin keçmiş sahibi Aygül Mekeşevadır.

Gülmira Satıbaldı 2022-ci il martın 16-da saxlanılaraq Astanada müvəqqəti saxlama təcridxanasına yerləşdirilib. Korrupsiyaya Qarşı Mübarizə Agentliyi ona və bir sıra digər şəxslərə qarşı biznesin qanunsuz ələ keçirilməsi ilə bağlı araşdırma apardığını elan edib. 2023-cü ilin yanvarında məlum olub ki, Saıybaldı adam oğurluğu və özbaşınalıqda ittiham olunur.

İstintaqın məlumatına görə, Satıbaldı böyük içki şirkətlərinin səhmlərini ələ keçirməyə çalışıb, Mekeşevanı qaçırıb və uşaqlarını öldürməklə hədələyib. Zərərin məbləği 6 milyard tengedən çox olub.

AzVision.az


Teqlər:





Xəbər lenti