Azərbaycan Qarabağa 7 milyard dollara yaxın pul qoyub
O, çıxışında 30 ildən artıq işğal altında qalan, 2020-ci ildə işğaldan azad olunmuş Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında aparılan bərpa və yenidənqurma işlərindən danışıb. Nazir bildirib ki, Azərbaycan hökuməti Prezident İlham Əliyevin rəhbərliyi ilə həmin ərazilərdə genişmiqyaslı yenidənqurma işlərinin aparılmasını və məcburi köçkün və qaçqınların öz doğma kəndlərinə, qəsəbələrinə və şəhərlərinə geri qaytarılmasını nəzərdə tutan “Böyük Qayıdış” proqramına start verib.
S.Şərifov işğal zamanı bütün fiziki və sosial infrastrukturun tamamilə dağıdıldığını qeyd edib, yenidənqurma tədbirlərindən əvvəl çoxlu sayda mina təmizləmə işlərinin həyata keçirilməli olduğunu bildirib, regionun strateji coğrafi mövqeyinə görə böyük iqtisadi potensiala malik olduğunu diqqətə çatdırıb.
AzVision.az
Teqlər: Qarabağ







Vaxtında, Aydın, Lazımlı!


