Sabah Bakıda qısamüddətli yağış yağacaq

   Sabah Bakıda qısamüddətli yağış yağacaq
  04 May 2023    Oxunub:1474
Mayın 5-də Bakıda və Abşeron yarımadasında gün ərzində əsasən yağmursuz hava şəraiti müşahidə olunsa da, gündüz saatlarında qısamüddətli az yağış yağacağı ehtimal olunur.
AzVision.az xəbər verir ki, bunu Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib. Onun sözlərinə görə, şimal-qərb küləyi əsəcək:

“Havanın temperaturu 13-16 dərəcə isti olacaq. Bölgələrdə əksər rayonlarda hava şəraiti əsasən yağmursuz keçəcək. Lakin gündüz bəzi şərq rayonlarında yağıntılı hava şəraiti müşahidə olunacaq. Havanın temperaturu günorta saatlarında 15-19, dağlıq ərazilərdə isə 3-6 dərəcə isti olacaq”.

AzVision.az


Teqlər:



Xəbər lenti