ABŞ-dan Rusiyanın ittihamına cavab: "Gülüncdür"

   ABŞ-dan Rusiyanın ittihamına cavab:    "Gülüncdür"
  04 May 2023    Oxunub:1513
ABŞ Rusiyanın Kreml Sarayına hücumun arxasında ABŞ-ın olması ilə bağlı iddialarını təkzib edib.
AzVision.az xəbər verir ki, Ağ Ev Milli Təhlükəsizlik Şurasının Strateji Kommunikasiyalar üzrə koordinatoru Con Kirbi Kremlin sözçüsü Dmitri Peskovun Kreml Sarayına pilotsuz təyyarə hücumunun arxasında ABŞ-ın dayandığına dair iddialarına cavab verib.

"Sizi əmin edə bilərəm ki, ABŞ-ın müdaxiləsi olmayıb. Hər nədirsə, biz onun içində deyilik. Peskov sadəcə yalan söyləyir", deyən Kirbi Rusiyanın iddialarını “gülünc” adlandırıb.

ABŞ-ın Ukraynanı sərhədyanı hücumlara təşviq etmədiyini və buna icazə vermədiyini vurğulayan Kirbi özünümüdafiə şərtlərini və onların həyata keçirdikləri əməliyyatları diktə etmədiklərini qeyd edib.

Qeyd edək ki, Kremlin sözçüsü Peskov Kreml Sarayına pilotsuz təyyarə ilə edilən hücuma görə ABŞ-ı məsul tutaraq bildirib ki, "Kiyev və Vaşinqtonun bu hücumu rədd etməsi cəfəngiyatdır. "Bu cür hücumlarla bağlı qərarlar Kiyevdə deyil, Vaşinqtonda verilir. Kiyev yalnız ona deyilənləri edir”.

Kremlin Mətbuat Xidmətindən dünən verilən açıqlamada Ukrayna tərəfindən gecə saatlarında 2 PUA ilə Kreml Sarayına hücum cəhdinin edildiyi və PUA-ların zərərsizləşdirildiyi açıqlanıb. Hücum “Rusiya prezidenti Vladimir Putinə sui-qəsd cəhdi” və “planlaşdırılmış terror hücumu” kimi qiymətləndirilib.

AzVision.az



Teqlər:





Xəbər lenti