Simonyan Şentopla Türkiyə səmasının Ermənistan aviaşirkətlərinə bağlanmasını müzakirə edib
![Simonyan Şentopla Türkiyə səmasının Ermənistan aviaşirkətlərinə bağlanmasını müzakirə edib Simonyan Şentopla Türkiyə səmasının Ermənistan aviaşirkətlərinə bağlanmasını müzakirə edib](https://azvision.az/photos/2023/05/59187339_0_168_1600_1068_1920x0_80_0_0_70e32464a851f421be87bf80242ab802-1683225440.jpg)
Simonyan görüşdə hava nəqliyyatı məsələsinin müsbət həll olunacağına ümid etdiyini bildirib. Şentop cavabında qeyd edib ki, İrəvanda "Nemesis" memorialının açılışı Türkiyə tərəfi üçün ağrılı və həssas məsələdir.
Aprelin 29-da Ankara "Flyone Armenia" şirkətinə Türkiyə hava məkanı vasitəsilə Avropaya uçuşlar həyata keçirmək üçün əvvəllər verilmiş icazəni ləğv edib. Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bunu İrəvanda “Nemesis” əməliyyatının qəhrəmanlarına abidənin açılışı ilə izah edib. Ankara abidənin açılışını “təxribat” adlandırıb.
AzVision.az
Teqlər: