İranlı müəllimlər tələb edir: “Qızların zəhərlənməsinə son qoyulsun!”

   İranlı müəllimlər tələb edir:    “Qızların zəhərlənməsinə son qoyulsun!”
  04 May 2023    Oxunub:2684
Rəşt şəhərinin Ləkan zindanında həbsdə olan müəllimlər Anuş Adili, Mahmud Sədiqipur və Əziz Qasımzadə hökumətə ünvanladıqları məktubda tələbələrin zəhərlənməsinə son qoyulmasını tələb ediblər.
Gilanlı müəllimlərin məktubunda deyilir: “İllərdir təhsilin keyfiyyətinin yüksəldilməsi, pulsuz təhsil və müstəqil təşkilatlara sahib olmaq hüququ üçün həmkarlar ittifaqı tələblərini səsləndirən və bu baxımdan sürgün, deportasiya, həbsxana kimi problemlərlə üzləşən İran müəllimləri heç vaxt düşünməzdilər ki, bu gün iranlı uşaqlar üçün məktəb təhlükəli mühitə çevriləcək. O dərəcədə ki, biz müəllimlər həmkarlar ittifaqımızdan ölkədə qızların və yeni ailə quranların zəhərlənməsinə son qoyulmasını istəyək".

Gilanlı müəllimlər daha sonra İranlı uşaqlar üçün təhlükəsiz mühitin təmin edilməsinin vacibliyini vurğulayaraq, qız tələbələrin zəhərlənməsinə son qoymağa və onların təhsili üçün dinc, təhlükəsiz mühit təmin etməyə çağırıblar.
AzVision.az


Teqlər: İran  



Xəbər lenti