Filippindəki ABŞ bazaları Çinə qarşı istifadə edilməyəcək
![Filippindəki ABŞ bazaları Çinə qarşı istifadə edilməyəcək
Filippindəki ABŞ bazaları Çinə qarşı istifadə edilməyəcək](https://azvision.az/photos/2023/05/UGR-1683264293.jpg)
“Çinin xarici işlər naziri Qin Qang Filippində mənimlə görüşdü və mən onu əmin etdim ki, bu hərbi bazalar hücum etmək, kiməsə, Çinə və ya başqa bir ölkəyə qarşı hərəkət etmək niyyətində deyil”, - deyə, Markos vurğulayıb.
O əlavə edib ki, bu hərbi bazalardan hücum əməliyyatları üçün istifadə Vaşinqton və Manilanın əldə etdiyi razılaşmaların əhatə dairəsindən kənarda olacaq.
“Çindən ayrılmaq seçim deyil. İki ölkə tədricən Cənubi Çin dənizində neft və qazın işlənməsi ilə bağlı mübahisənin həllinə doğru irəliləyir. Ölkəmiz bu dənizdəki münaqişəli vəziyyətləri həll etmək üçün Pekinlə qaynar xətt yaratmaq üzərində işləyir”.
AzVision.az
Teqlər: