Azərbaycandakı Türkiyə vətəndaşlarının səsverməsi başlayıb

   Azərbaycandakı Türkiyə vətəndaşlarının səsverməsi başlayıb
  05 May 2023    Oxunub:1131
Prezident və parlament seçkiləri ilə əlaqədar Türkiyənin Azərbaycandakı səfirliyində yaradılmış seçki məntəqəsi bu gün yerli vaxtla saat 9:00-da səsverməyə açılıb.
Səsvermə üçün Bakıda 9, Gəncədə 3, Naxçıvanda isə 3 seçki məntəqəsi fəaliyyət göstərir. Bakıda yaşayan türkiyəli vətəndaşlar səhər saatlarından etibarən Azərbaycanın Türkiyə səfirliyinə gələrək öz namizədlərinə səs verirlər

Qeyd edək ki, Rəcəb Tayyib Ərdoğanın martın 10-da imzaladığı sərəncama əsasən, Türkiyədə seçkilər mayın 14-də keçiriləcək. Ehtiyac yarandığı halda, seçkilərin ikinci turunun mayın 28-də keçirilməsi planlaşdırılır. Prezident seçkiləri parlament seçkiləri ilə eyni gündə keçiriləcək.

AzVision.az


Teqlər:



Xəbər lenti