Siyəzəndə torpaq sürüşməsi olub - VİDEO

   Siyəzəndə torpaq sürüşməsi olub -  VİDEO
  05 May 2023    Oxunub:4043
Siyəzən rayonunun Sədan kəndində torpaq sürüşməsi baş verib.
Bu barədə AzVision.az -a Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən bildirilib.

Nəticədə kənd sakinləri N.Qanbayeva və G.Məlikovanın yaşadıqları fərdi yaşayış evləri qəzalı və yaşayış üçün yararsız vəziyyətə düşüb.

Bununla əlaqədar FHN-in Şimal Regional Mərkəzinin əməkdaşları tərəfindən evləri təhlükəli vəziyyətə düşmüş Sədan kənd sakinləri üçün müvəqqəti yaşayış məqsədilə iki ədəd çadır qurularaq vətəndaşlara təhvil verilib.





AzVision.az


Teqlər: Siyəzən  



Xəbər lenti