Danimarkadan vətəndaşlara çağırış: "İrana səfər etməyin!"

Danimarkadan vətəndaşlara çağırış:    "İrana səfər etməyin!"
  05 May 2023    Oxunub:967
Danimarkanın Xarici İşlər Nazirliyi (XİN) ölkə vətəndaşlarına və İranla ikili vətəndaşlığı olan danimarkalılara xəbərdarlıq edib.
XİN vətəndaşları iranlıların ümummilli etirazlarına və İranda təhlükəsizlik vəziyyətinin tamamilə qeyri-sabit olmasına görə, islam respublikasına səyahət etməkdən ciddi şəkildə çəkinməyə çağırıb.

Bildirilir ki, son vaxtlar bir neçə dəfə Avropa vətəndaşlığı olan şəxslər İranda əsassız şəkildə həbs ediliblər və ya onların ölkəyə giriş-çıxışının qarşısı alınıb.

Tural Tağıyev
AzVision.az



Teqlər: İran  





Xəbər lenti