Orban: "ABŞ Macarıstanı Ukrayna münaqişəsinə cəlb etməyə çalışır"

      Orban:    "ABŞ Macarıstanı Ukrayna münaqişəsinə cəlb etməyə çalışır"
  05 May 2023    Oxunub:1122
ABŞ Macarıstanı Ukrayna münaqişəsinə cəlb etməyə çalışır.
Bunu Macarıstanın Baş naziri Viktor Orban deyib. Orban bildirib ki, Ukraynadakı münaqişəyə tez bir zamanda son qoyulmalıdır: "Bu müharibədə qaliblər olmayacaq. Odur ki, ABŞ bizi müharibəyə sürükləmək istəsə də, biz müharibəyə girməyəcəyik".

Ukraynanın mümkün əks-hücum əməliyyatı ilə bağlı sualı cavablandıran Macarıstanın baş naziri deyib ki, bu, Kiyev üçün müəyyən hərbi uğur əldə etmək üçün son fürsətdir. Macarıstanın Baş naziri hesab edir ki, əks-hücumla Ukrayna və Rusiya arasında real güc balansının necə olduğunu görmək mümkün olacaq.

AzVision.az


Teqlər:





Xəbər lenti