Qərb yaxın günlərdə Rusiyaya qarşı yeni sanksiyalar təklif edə bilər

Qərb yaxın günlərdə Rusiyaya qarşı yeni sanksiyalar təklif edə bilər
  05 May 2023    Oxunub:1082
Avropa Komissiyası yaxın günlərdə Rusiyaya qarşı yeni sanksiyalar təklif edə bilər.
Bu barədə Politico məlumat yayıb. Aİ səfirləri gələn həftə yeni sanksiyaları müzakirə etməyə hazırlaşır. "Aİ səfirləri gələn çərşənbə günü keçiriləcək görüşdə bunu müzakirə etməkdə qərarlıdırlar, lakin təklifin özünün bu gün, bazar ertəsi və ya daha sonra olacağı hələ məlum deyil", - materialda deyilir.

Bundan əvvəl bildirilmişdi ki, Avropa İttifaqı (Aİ) Moskvanın Qərb sanksiyalarından yan keçməsinin qarşısını almaq üçün kifayət qədər səy göstərməyən ölkələrə qarşı yeni məhdudiyyət mexanizminin tətbiqini müzakirə edir.

Aİ-nin yeni sanksiya alətinin əsas məqsədi ölkələri Rusiyaya kömək etməkdən çəkindirmək və Moskvanın istifadə edə biləcəyi ticarət kanallarını kəsməkdir.

AzVision.az


Teqlər:





Xəbər lenti