Polşa Moskvadakı diplomatlarının təhlükəsizliyini gücləndirir

   Polşa Moskvadakı diplomatlarının təhlükəsizliyini gücləndirir
  05 May 2023    Oxunub:1095
Polşa Rusiyanın paytaxtı Moskva şəhərində yerləşən diplomatlarının təhlükəsizliyini gücləndirməyə çalışır.
Bunu Polşa Xarici İşlər Nazirliyinin mətbuat katibi Lukaş Yasina RMF-24 radiostansiyasına müsahibəsində bildirib. O, etiraf edib ki, Polşa cəmiyyəti Rusiya ilə diplomatik münasibətlərin tamamilə kəsilməsi məsələsini müzakirə edir:

“Rusiya səfiri Sergey Andreevlə bağlı vəziyyət yarandıqdan sonra Moskvadakı Polşa diplomatları artıq bir ildir ki, himayə altındadır, lakin biz onların təhlükəsizliyini daha da gücləndirməyə çalışırıq. Jurnalistlər, müxalifət və iqtidar partiyasının siyasətçiləri, hətta adi insanlar da bu barədə bizə sual verirlər.

Rusiya ilə diplomatik münasibətlərin saxlanılması həm vətəndaşların qayğısına qalmaq, həm də kommunikasiya kanallarını saxlamaq məsələsidir. Avropa İttifaqı dövlətlərinin çoxu səfirlərini Moskvada qoyub getmək barədə qərar qəbul edirlər”.

AzVision.az


Teqlər:





Xəbər lenti