İran təyyarə daşıyan unikal gəmi hazırlayır

 İran təyyarə daşıyan  unikal gəmi hazırlayır
  05 May 2023    Oxunub:1585
İran gələcəkdə dünyada analoqu olmayan təyyarədaşıyan gəmini təqdim edəcək.
AzVision.az xəbər verir ki, bunu İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH, İran Silahlı Qüvvələrinin elit bölmələri-red.) Hərbi Dəniz Qüvvələrinin baş komandanı Əlirza Təngsiri deyib.

“Gələcəkdə biz dünyada analoqu olmayan bir təyyarədaşıyan görəcəyik. O, həm təyyarə, həm də bir neçə raket gəmisi daşımaq qabiliyyətinə malikdir”, – Fars agentliyi İranın yüksək rütbəli hərbçisinə istinadən yazıb.

Onun sözlərinə görə, İranın hərbi tikinti proqramında dənizdə əməliyyatların aparılması üçün müxtəlif ssenarilər nəzərə alınıb.

Tural Tağıyev
AzVision.az



Teqlər: İran  





Xəbər lenti