"İrəvan Bakı ilə sülh müqaviləsi imzalamağa hazırdır" - Simonyan
“Biz regionun ticarət baxımından açılmasında, Ermənistanın qanunvericiliyi və suverenliyi nəzərə alınmaqla Azərbaycandan Naxçıvana, eləcə də Türkiyəyə vətəndaşların və malların sərbəst hərəkətində heç bir problem görmürük”, - Simonyan bildirib.
Simonyan vurğulayıb ki, Türkiyəsiz regionda sülhün bərqərar olması mümkün deyil. Bu baxımdan İrəvan Türkiyənin bu istiqamətdə addımlar atacağına ümid edir.
Ermənistanla Türkiyə arasında münasibətlərin normallaşmasından danışan Simonyan qeyd edib ki, bunun üçün siyasi iradə lazımdır.
İrəvan və Bakı 2022-ci ildə gələcək sülh müqaviləsini müzakirə etməyə başlayıblar.
Rusiyanın iştirakı ilə 2020-ci ildə müharibəyə son qoyulması ilə bağlı üçtərəfli bəyannamənin imzalanmasına baxmayaraq, son zamanlar Qərb platformalarında, xüsusən də Vaşinqtonun iştirakı ilə yekun sülh sazişi ilə bağlı müzakirələr tez-tez baş verir.
Şahanə Rəhimli
AzVision.az
Teqlər: Ermənistan Türkiyə Simonyan