Ağ Ev Sudanı sanksiyalarla hədələdi

Ağ Ev Sudanı sanksiyalarla hədələdi
  05 May 2023    Oxunub:1219
Yeddi günlük atəşkəs rejiminin elan olunmasına və çoxsaylı vasitəçilik təşəbbüslərinə baxmayaraq, Sudanda insan tələfatı ilə nəticələnən toqquşmalar davam edir.
ABŞ kəşfiyyatının direktoru Evril Heynsin sözlərinə görə, Sudandakı hər iki münaqişə tərəfi hərbi yolla qələbə qazanacağını düşündüyü üçün danışıqlara meyl göstərmir. Bu səbəbdən ABŞ regionda uzun sürən münaqişəyə hazırlaşır.

Xartumdakı döyüşləri “faciə” adlandıran Ağ evin rəhbəri isə öz növbəsində sülhə, təhlükəsizliyə, sabitliyə, demokratik quruluşa təhdid yaradan və mülki əhaliyə qarşı zorakılıq tətbiq edən hər kəsi sanksiyalarla hədələyib.

ACLED qeyri-hökumət təşkilatı Sudanda hərbi çevriliş həyata keçirmiş sabiq müttəfiqlər arasında üçüncü həftədir davam edən silahlı münaqişə qurbanlarının sayının 700 nəfərə yaxınlaşdığını, yaralıların sayının isə 5 min nəfərə çatdığını bildirib. BMT-nin məlumatına əsasən, döyüşlər başlayandan bəri 115 min sudanlı ölkəni tərk etmək məcburiyyətinə qalıb.

AzVision.az


Teqlər:



Xəbər lenti