Ukraynanın NATO-ya qəbulu dünya müharibəsi ilə nəticələnə bilər

Ukraynanın NATO-ya qəbulu dünya müharibəsi ilə nəticələnə bilər
  05 May 2023    Oxunub:1311
Ukraynanın NATO-ya qəbulu dünya müharibəsi ilə nəticələnə bilər.
Bu fikri Bloomberg agentliyinin icmalçısı Andreas Klut söyləyib. “Ukraynanı NATO-ya qəbul etmək üçün yetərincə əsas var. Lakin bunu etməmək üçün səbəb daha böyükdür.

Alyansın nizamnaməsində yer alan təhlükəsizlik zəmanəti ilə bağlı beşinci maddə hazırkı vəziyyətdə Ukraynaya tətbiq edilə bilməz. Eskalasiya ssenarisini qabaqcadan bilmək mümkün deyil”, - deyə Andreas Klut bildirib.

Onun sözlərinə görə, nizamnamənin alyans üzvünün müdafiəsini tələb edən beşinci maddəsi Birinci dünya müharibəsinə səbəb olan daha mürəkkəb ittifaqlar konfiqurasiyasından çox az fərqlənən avtomatizmi ehtiva edir.

AzVision.az



Teqlər:





Xəbər lenti