Ermənilər Laçında traktoru atəşə tutdu - Foto

   Ermənilər Laçında traktoru atəşə tutdu -    Foto
  05 May 2023    Oxunub:1981
Mayın 5-i saat 12:00 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonunun Dığ yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Laçın rayonu ərazisində, şərti sərhəddə yerləşən üzbəüz mövqelərimizdə mühəndis işləri görən traktoru atəşə tutub.
Bu Barədə AzVision.az - a Müdafiə Nazirliyindən (MN) məlumat verilib.

Azərbaycan Ordusunun qeyd olunan istiqamətdə yerləşən bölmələri tərəfindən cavab tədbirləri görülüb.

AzVision.az


Teqlər:



Xəbər lenti