İlham Əliyev serbiyalı həmkarına başsağlığı verib

   İlham Əliyev serbiyalı həmkarına başsağlığı verib
  05 May 2023    Oxunub:1249
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Serbiya Respublikasının Prezidenti Aleksandar Vuçiçə başsağlığı verib.
AzVision.az -ın xəbərinə görə, mətndə deyilir:

"Hörmətli cənab Prezident,

Belqrad şəhərində yerləşən məktəbdə baş vermiş dəhşətli faciə barədə xəbəri dərin sarsıntı və kədər hissi ilə qarşıladıq.

Bu ağır anlarda dərdinizi bölüşür, Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Serbiya xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananların tezliklə sağalmasını arzulayıram".
AzVision.az


Teqlər:



Xəbər lenti