Nazir: "Dövlət büdcəsinə dəyişikliklər üçün zərurəti yaranıb"

  Nazir:  "Dövlət büdcəsinə dəyişikliklər üçün zərurəti yaranıb"
  06 May 2023    Oxunub:2501
2023-cü ilin dövlət büdəcisnə dəyişikliklər layihəsinin Milli Məclisə təqdim olunacağı vaxt məlum olub.
AzVision.az xəbər verir ki, bu barədə maliyyə naziri Samir Şərifov jurnalistlərə açıqlamasında məlumat verib.

Onun sözlərinə görə, qanunvericiliyə uyğun olaraq, büdcəyə dəyişikliklər layihəsi mayın 15-dən tez parlamentə təqdim olunmur:

Nazir bildirib ki, Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq ölkə qarşısında duran vəzifələrin icrası üçün 2023-cü ilin dövlət büdcəsinə dəyişiklik edilməsi zərurəti yaranıb.

“Əsas istiqamətləri Prezident öz çıxışında göstərib. Bunlar Böyük Qayıdış proqramına uyğun layihələrin maliyyələşdirilməsini sürətlə həyata keçirmək, eləcə də ölkənin müdafiə qabiliyyətinin gücləndirilməsi ilə bağlıdır. Bunun üçün də əlavə vəsaitə ehtiyac var. Odur ki, büdcəyə yenidən baxılması nəzərdə tutulub. Bundan başqa digər məsələlər də dəyişikliklərdə əksini tapacaq”, - deyə o qeyd edib.

AzVision.az


Teqlər:



Xəbər lenti