İran İsveç vətəndaşını edam edib

   İran İsveç vətəndaşını edam edib
  06 May 2023    Oxunub:1523
İran ərəb separatçı qruplaşmasına rəhbərlik etməkdə ittiham olunan və İsveç-İran ikili vətəndaşlığı olan Həbib Çəəbi edam edib.
AzVision.az xəbər verir ki, bu barədə İranın “IRIB” teleşirkəti xəbər yayıb. Çəəbin rəhbərlik etdiyi qruplaşmanın 2018-ci ildə hərbi parada hücum da daxil olmaqla bır sıra insidentlərdə və terror aktlarında iştirak etdiyi bildirilib.

Sözügedən parada hücum zamanı 25 nəfər həlak olub. Ümumilikdə isə qruplaşmanın fəaliyyəti nəticəsində 450-dən çox İran vətəndaşının öldüyü və yaxud yaralandığı qeyd olunub.

AzVision.az


Teqlər:





Xəbər lenti