İran rejimini müdafiə edən mollanın cinsiyyət orqanını kəsdilər

 İran rejimini müdafiə edən    mollanın cinsiyyət orqanını kəsdilər
  06 May 2023    Oxunub:2293
İranda rejimi müdafiə edən gənc mollanın cinsiyyət orqanını kəsiblər.
AzVision.az xəbər verir ki, bu barədə sosial şəbəkələrin İran seqmentində məlumat yayılıb. "Fars News"-a istinadə edən "Azad İran" teleqram kanalı yazır ki, hadisə İranın Astara şəhərində baş verib. Astarada yaşayan və sosial mediada fəal olan Əlirza Səraci adlı hökumət mollası mayın 3-ü, gecə saat 23 radələrində evinə qayıdarkən küçələrin birində 4 naməlum şəxsin hücumuna məruz qalıb.

İranda tanınmış ayətullahın oğlunun meyiti Xəzərin sularından çıxarıldı - FOTO
Hücum edən şəxslər gənci döyərək cinsiyyət orqanını kəsib, habelə mobil telefonunu əlindən alıblar.

Hazırda mollanın xəstəxanada olduğu bildirilir.

Qeyd edək ki, xüsusilə son illər İranın müxtəlif yerlərində mollaların vətəndaşların şəxsi həyatına müdaxilə etmələri onların döyülməsi, bir sıra hallarda isə öldürülmələri ilə nəticələnir.

Son bir ildə ölkənin Qum, İsfahan, Tehran, Günbəd-Kavus, Zahidan bölgələrində onlarla mollaya hücum edilib və onlardan dördü həyatını itirib. Hətta mollalara qarşı hücumların artması keçmiş ETTELAAT (təhlükəsizlik və kəşfiyyat) naziri Əli Fəllahiyanı da vahiməyə salıb. O, bu günlərdə müsahibə verərək gülməli bir təkliflə çıxış edib. Fəllahiyan bunun qarşısının alınması üçün imam və mollaları döyüş sənətləri, o cümlədən əlbəyaxa döyüş növlərini öyrənməyə çağırıb.

AzVision.az



Teqlər:   İran   Molla  





Xəbər lenti