Tehran Suriyanın fosfat mədənlərindən uran alır - MƏXFİ SƏNƏD

   Tehran Suriyanın fosfat mədənlərindən uran alır    - MƏXFİ SƏNƏD
  06 May 2023    Oxunub:1217
İran uranı zənginləşdirmək məqsədilə nüvə stansiyalarını təchiz etmək üçün Suriyanın fosfat mədənlərindən uran alır.
AzVision.az xəbər verir ki, bu barədə "İran İnternational" telekanalı məxfi sənədlərə istinadən məlumat yayıb.

Netanyahu: "İran Şimali Koreyadan 50 dəfə çox təhlükəlidir"
İranın Atom Enerjisi Təşkilatının hökumətdən Əsəd rejiminin nəzarəti altında olan mədənlərdən Dəməşqin payını ödəmədən 800 min ton fosfat idxalına icazə verməsini xahiş etdiyi bildirilir.

Xatırladaq ki, dünən İsrailin baş naziri Benyamin Netanyahu ABŞ Konqresinin hər iki partiyasının üzvlərindən ibarət nümayəndə heyəti ilə görüşdə İran rejiminin Şimali Koreyadan 50 qat daha təhlükəli olduğunu vurğulayıb. Baş nazir bu rejimin bir atom bombası ilə kifayətlənməyəcəyini və 5-ni əldə etmək üçün kifayət qədər urana malik olduğunu deyib.

AzVision.az



Teqlər:   İran   Uran  





Xəbər lenti