Malidə baş verən partlayışda BMT-nin 7 sülhməramlısı yaralanıb

Malidə baş verən partlayışda BMT-nin 7 sülhməramlısı yaralanıb
  06 May 2023    Oxunub:1404
BMT-nin Malidəki missiyasının yeddi sülhməramlısı Afrika ölkəsinin mərkəzi hissəsində yola qoyulmuş əldəqayırma partlayıcının işə düşməsi nəticəsində yaralanıb.
AzVision.az xəbər verir ki, bu barədə missiyanın tviter səhifəsində bildirilir.

Hadisə Duenza şəhərindən 34 km şimalda baş verib.

Xəsarət alanlara lazımi tibbi yardım göstərilir. Yaralı sülhməramlıların kimliyi, o cümlədən milliyyətləri barədə məlumat verilmir.

Missiya 2013-cü ilin yazında BMT Təhlükəsizlik Şurasının qətnaməsi ilə yaradılıb. Onun vəzifəsi Mali hakimiyyətinə ölkə ərazisində təhlükəsizliyin gücləndirilməsində kömək etməkdir. Burada dünyanın hər yerindən 15 min hərbi qulluqçu xidmət göstərir.

AzVision.az



Teqlər: Mali   Partlayış  





Xəbər lenti