Peskov Puqaçovanın əlini öpdü - VİDEO

Peskov Puqaçovanın əlini öpdü -    VİDEO
  07 May 2023    Oxunub:1859
Xəbər verdiyimiz kimi , Rusiyanın Xalq artisti Alla Puqaçova Moskvaya qayıdıb.
AzVision.az xəbər verir ki, ifaçı mayın 2-də vəfat edən modelyer Valentin Yudaşkinlə vida mərasimində iştirak edib.

Dəfn mərasiminə qatılanlar arasıda Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov da yer alıb. O, Alla Puqaçovaya başsağlığı verib, müğənnini gördüyünə şad olduğunu bildirib və Troyekurovski qəbiristanlığında vidalaşma zamanı onun əlini öpüb.

Qeyd edək ki, Puqaçova həyat yoldaşı, şoumen Maksim Qalkin və uşaqları ilə birlikdə Rusiyanın Ukraynaya hücümundan sonra İsrailə köçüb.


Şahanə Rəhimli AzVision.az




Teqlər:





Xəbər lenti