Vyetnamda rekord istilik qeydə alınıb

Vyetnamda rekord istilik qeydə alınıb
  07 May 2023    Oxunub:1379
Vyetnamda rekord istilik qeydə alınıb. Mayın 7-də ölkənin şimalındakı Thanhhoa əyalətində termometrlər +44,1°C-ə yüksəlib. Bu barədə BBC məlumat yayıb.
Əyalət rəhbərliyi əhalini günün ən isti vaxtında evdən çıxmamağa çağırıb. Vyetnamda əvvəlki temperatur rekordu 2019-cu ildə, mərkəzi Ha Tinh əyalətində havanın +43,4°C-ə qədər isindiyi vaxt qeydə alınıb.

Digər Cənub-Şərqi Asiya ölkələrində də həddindən artıq isti hava müşahidə olunur. Belə ki, Tailandın qərbində +44,6°C temperatur qeydə alınıb.

CNN daha əvvəl yazmışdı ki, bütün ölkələr öz öhdəlikləri qədər istixana qazı emissiyalarını azaltsalar belə, Avropanın rekord yüksək yay temperaturu 2035-ci ilin yayına qədər “orta” olacaq.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:



Xəbər lenti