Mərkəzi Asiya dövlətlərinin prezidentləri Çinə səfər edəcəklər

   Mərkəzi Asiya dövlətlərinin prezidentləri Çinə səfər edəcəklər
  08 May 2023    Oxunub:1040
"Yaxın vaxtlarda Çinə Mərkəzi Asiya regionunun bütün dövlətlərinin başçıları səfər edəcək".
Bu barədə Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Hua Çunyin məlumat verib. Onun sözlərinə görə, Çin sədri Si Cinpin Qazaxıstan prezidenti Kasım-Jomart Tokayevi, Qırğızıstan prezidenti Sadır Japarovu, Özbəkistan prezidenti Şavkat Miriziyoyevi, Tacikistan prezidenti Emoməli Rəhmonu mayın 16-dan 20-dək Çinə dövlət səfərinə dəvət edib.

XİN rəsmisi bildirib ki, Çin-Mərkəzi Asiya sammitində Türkmənistanın rəhbəri Serdar Berdiməhəmmədov da iştirak edəcək. Sammit Şaansi əyalətinin paytaxtı Sian şəhərində Si Cinpinin sədrliyi ilə keçiriləcək.

AzVision.az


Teqlər:





Xəbər lenti