Sabiq nazir müavini azadlığa buraxıldı - YENİLƏNİB

 Sabiq nazir müavini azadlığa buraxıldı -  YENİLƏNİB
  08 May 2023    Oxunub:2966
Prezident İlham Əliyevin Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyi münasibətilə imzaladığı əfv sərəncamı Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 6 saylı Cəzaçəkmə Müəssisində icra edilib.
AzVision.az xəbər verir ki, sərəncam müəssisədə saxlanılan 34 məhkuma şamil edilib. Onlardan 16 məhkum azadlığa buraxılıb, 18 nəfərin isə cəzası azaldılıb.

Azadlığa buraxılanlar içərisində Mədəniyyət nazirinin sabiq müavini Rafiq Bayramov da var.

***
Mədəniyyət nazirinin sabiq müavini Rafiq Bayramov əfv edilib.

AzVision.az xəbər veri ki, bu barədə Prezident İlham Əliyevin imzaladığı sərəncamda qeyd olunub.

Qeyd edək ki, 2020-ci il may ayında Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi əməliyyat nəticəsində Rafiq Bayramov vəzifə səlahiyyətlərindən sui-istifadə etməyə görə saxlanılıb. O, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 8 il müddətinə azadlıqdan məhrum edilib.

Xatırladaq ki, bu gün Prezident İlham Əliyev Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyi münasibətilə əfv olunması haqqında Sərəncam imzalayıb.

AzVision.az



Teqlər:



Xəbər lenti