Etirazçılar Bəsic üzvünün avtomobilini qan rəngində boyadılar

Etirazçılar Bəsic üzvünün avtomobilini    qan rəngində boyadılar
  08 May 2023    Oxunub:1296
İranda Bəsic qüvvələrinə qarşı mübarizə davam edir.
AzVision.az xəbər verir ki, bu dəfə bir bəsic üzvünün avtomobilinə hücum olub.

Hadisəyə aid sosial şəbəkələrin İran seqmentində yayılan foto ilə bağlı qeyd edilib ki, insident Tehranın Niyavəran qəsəbəsində olub. Bildirilir ki, qadınlara məcburi hicabla bağlı xəbərdarlıq edən Bəsic qüvvələrinin üzvünün avtomobilinə əhali tərəfindən rəmzi olaraq qan rəngli boya atılıb.

AzVision.az



Teqlər: İran  





Xəbər lenti