Haker hücumundan sonra XİN saytına bir neçə saatlığa giriş mümkün olmayıb. Məlum qalmaqalla bağlı xəbəri XİN-in sözçüsü Nasir Kənani təsdiqləyib.
![]() |
Rəfsəncaninin SEPAH generalının oğlunun ABŞ-a qaçması ilə bağlı xatirələri |
Haker qrupunun iddiasına görə, İranın Xarici İşlər Nazirliyinin 210 saytı və sistemi kiberhücum nəticəsində istifadəsiz vəziyyətə salınıb.
"Azad İran" teleqram kanalı isə yazır ki, Xarici İşlər Nazirliyinin Bəsic Müqavimət Mərkəzinin bazalarının Mərkəzi Şura üzvləri, müşavirləri və komandirlərinin siyahısı, Xarici İşlər Nazirliyindəki “Kərbəla” Bəsic Təşkilatının siyahısı ələ keçirilən sənədlər arasındadır: "Qrup, Xarici İşlər Nazirliyinin məsul şəxslərinin telefon nömrələri, habelə onların sərəncamında olan avtomobillərin siyahısı, İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Şəmxaninin pasportunun şəkli, Hüseyn Əmirabdullahyanın Bəsic təşkilatında üzvlük kartının fotolarını yayıb".
Qeyd edək ki, İranda mühüm və həssas infrastrukturlara kiberhücumlar son illərdə əhəmiyyətli dərəcədə artıb.
Xatırladaq ki, hücumdan sonra XİN-nin rəsmi saytlarına "Xameneyiyə ölüm olsun" şüarı da yazılmışdı.
![](https://azvision.az/photos/2023/05/iyuiyiy-5050632453.jpg)
![](https://azvision.az/photos/2023/05/ddffdfddf-3367088302.jpg)
AzVision.az