Türkiyə suriyalı qaçqınları ölkələrinə göndərmək istəyir

Türkiyə suriyalı qaçqınları ölkələrinə göndərmək istəyir
  08 May 2023    Oxunub:1104
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu mayın 10-da Moskvada Rusiya, İran və Suriya xarici işlər nazirləri ilə danışıqlar zamanı suriyalı qaçqınların vətənlərinə qaytarılmasını müzakirə etmək niyyətində olduğunu bildirib.
Bu barədə CNN Türk məlumat yayıb. “Bunlar Suriya ilə bağlı danışıqlar olacaq. Suriyalı qaçqınların öz vətənlərinə təhlükəsiz şəkildə necə qaytarılacağını müzakirə edəcəyik. Amma bunun üçün zəmin hazırlamalı, təhlükəsizliyi və sabitliyi təmin etməliyik. Bunun üçün Suriya rəhbərliyi və BMT ilə əməkdaşlıq etmək lazım gələcək”, - Çavuşoğlu bildirib.

Onun sözlərinə görə, indi Suriya hakimiyyəti qaçqınların təhlükəsiz qayıtmasını təmin edə bilmir.

Bundan əvvəl Türkiyə Müdafiə Nazirliyi Suriya üzrə Moskvada keçirilən dördtərəfli görüşü konstruktiv adlandırıb. Görüş zamanı Suriyada sabitliyin və dördtərəfli formatda görüşlərin davam etdirilməsinin təmin edilməsinin vacibliyi vurğulanıb.

AzVision.az


Teqlər:





Xəbər lenti