Litvada NATO-nun “Dəmir Qurd” təlimləri başlayır

Litvada NATO-nun “Dəmir Qurd” təlimləri başlayır
  08 May 2023    Oxunub:1043
Litvada NATO-nun iki həftəlik “Dəmir Qurd 2023” təlimi başlayıb.
Bu barədə Litvanın LRT dövlət televiziya və radio kanalı məlumat yayıb. Tədbirdə Litva və digər NATO ölkələrindən, o cümlədən Belçika, Kanada, Xorvatiya, Çexiya, Almaniya, Norveç, Portuqaliya, Lüksemburq, Polşa, Niderland, Norveç, Böyük Britaniya və ABŞ-dan 3500-ə yaxın hərbçi və 600 hərbi texnika iştirak edəcək.

Qeyd olunub ki, əsasən hərbçilər hücum və müdafiə əməliyyatlarını məşq edəcəklər. Litvanın Yonava bölgəsindəki Qayjiunai poliqonunda keçiriləcək təlimlər zamanı yalnız partlayıcılardan istifadə olunacaq. Təlimlərin bəziləri isə yaşayış məntəqələrində də keçiriləcək.

AzVision.az


Teqlər:





Xəbər lenti