İsrail iranlı gənclərin edamını pislədi

İsrail iranlı gənclərin edamını pislədi
  09 May 2023    Oxunub:865
İsrailin Xarici İşlər Nazirliyi (XİN) İranda iki gəncin edam edilməsini pisləyib.
XİN-ə bağlı "İsrail fars dilində" Tvitter hesabında rejimin gəncləri asmasına münasibət bildirilərək yazılıb:

"Bəşəriyyətin və azadlığın düşməni olan İslam Respublikası daha iki gənci asıb. Çünki onlar cinayətkar İslam Respublikasının ideyalarını qəbul etmirdilər. Dünya bu qətl maşınını dayandırmalıdır".

Xatırladaq ki, dünən səhər saatlarında İranda iki aktiv sosial şəbəkə istifadəçi olan Yusif Mehrdad və Sədrullah Fazeli Zare islam müqəddəslərini təhqir etmək və “Səb əl-Nəbi"” (İslam peyğəmbərini təhqir etmək-red.) ittihamları ilə dar ağacından asılıblar.

AzVision.az



Teqlər: İsrail   İran  





Xəbər lenti