Moskvada Qələbə paradı keçirilir - FOTOLAR+VİDEO

Moskvada Qələbə paradı keçirilir -    FOTOLAR+VİDEO
  09 May 2023    Oxunub:2589
Rusiya paytaxtı Moskvanın Qızıl Meydanında II Dünya Müharibəsində Qələbənin 78-ci ildönümünə həsr olunmuş parad başlayıb.
AzVision.az xəbər verir ki, paradı Rusiya lideri Vladimir Putinlə birlikdə Belarus Prezidenti Aleksandr Lukaşenko, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev, Türkmənistanın ölkə başçısı Serdar Berdiməhəmmədov, Özbəkistanın dövlət rəhbəri Şavkat Mirziyoyev, Qırğızıstanın Prezidenti Sadır Japarov, Tacikistanın ölkə başçısı Emoməli Rəhmon, eləcə də Ermənistanın Baş naziri Nikol Paşinyan izləyir.

Qırmızı Meydanda hərbçilərdən, hərbi hissələrin və yerli hərbi ali məktəblərin kursantlarından ibarət parad ekipajları, habelə Rusiya Silahlı Qüvvələrinin hərbi texnikası keçib. Eyni zamanda paradda xüsusi təyinatlı hərbi əməliyyatın 500-ə yaxın iştirakçısı da addımlayıb.

Qələbə paradının hava uçuşları isə ləğv edilib.













AzVision.az



Teqlər:





Xəbər lenti