Güney Azərbaycanda narazı müəllimlər aksiya keçiriblər - VİDEO

Güney Azərbaycanda narazı müəllimlər aksiya keçiriblər    - VİDEO
  09 May 2023    Oxunub:1064
İranda siyasi problemlərlə bağlı etirazlar artmaqdadır.
Siyasi böhran azmış kimi mövcud rejim insanları sosial-iqtisadi basqılar altında saxlamağa çalışır.

Amma müxtəlif peşə sahibləri, ziyalılar, pensiyaçılar ümumilikdə xalq tez-tez aksiyalar keçirərək rejimin sərt idarəçilik sisteminə öz etirazını bildirir. Bu gün isə Güney Azərbaycanın Həmədan əyalətində narazı müəllimlər etiraz aksiyası keçiriblər.

Qeyd edək ki, ötən ilin sentyabr ayında Məhsa Əmini faciəsindən sonra İranı kütləvi iğtişaşlar və aksiyalar dalğası bürüyüb. İnsanlar tez-tez meydanlara toplaşaraq azadlıq, tapdalanan hüquqlarının bərpasını tələb edirlər.

AzVision.az



Teqlər:





Xəbər lenti