Meşə yanğınlarında 20-dən çox rus öldü

Meşə yanğınlarında 20-dən çox rus öldü
  09 May 2023    Oxunub:1104
Rusiyanın Kurqan vilayətində baş verən yanğınlarda 21 nəfər həlak olub.
Bu barədə regional tibb xidmət məlumat yayıb. Qurbanların sayının arta biləcəyi istisna olunmayıb.

Bundan əvvəl Kurqan vilayətində baş verən yanğınlarda 19 nəfərin öldüyü, daha 13 nəfərin yaralandığı bildirilirdi.

Xatırladaq ki, regionda baş verən yanğınlarla əlaqədar ərazidə mayın 7-dən fövqəladə vəziyyət rejimi tətbiq edilib. Hazırda Kurqan vilayətində landşaft və meşə yanğınlarından yaşayış məntəqələri üçün təhlükə aradan qaldırılıb.

AzVision.az



Teqlər:





Xəbər lenti