Sonra təhlükəsizlik orqanlarının fəaliyyətinin təbliğində göstərdiyi xidmətlərə görə Dövlət Təhlükəsizliyi Xidmətinin rəisinin adından Elmira Axundovaya mükafat təqdim edilib. Elmira Axundova göstərilən diqqətə görə təşəkkürünü bildirib, Ulu Öndərlə bağlı xoş xatirələrini bölüşərək sözügedən nəşrin işıq üzü görməsinin dahi şəxsiyyətin dövlətçilik yolunda göstərdiyi misilsiz xidmətlərin təbliği işinə daha bir töhfə olacağına, bu kitabın Heydər Əliyev haqqında müəllifi olduğu digər kitablar kimi geniş oxucu auditoriyası qazanacağına əminliyini ifadə edib.
Sonda kitab müəllif tərəfindən imzalanaraq tədbir iştirakçılarına təqdim olunub.
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


