Tanınmış bloger faciəvi şəkildə öldü - FOTO

Tanınmış bloger faciəvi şəkildə öldü    - FOTO
  09 May 2023    Oxunub:1637
Tanınmış bloger Diana Səfərova Bolqarıstanda bədbəxt hadisə nəticəsində dünyasını dəyişib.
AzVision.az xəbər verir, bu barədə onun dayısı, müğənni Ənvər Nurqaliyev məlumat yayıb. O, qəzanın bu gün baş verdiyini vurğulayıb.

“İnana bilmirəm ki, bu itki qardaşımı itirməkdən daha pisdir. Bu gün faciəvi şəkildə, dəhşətli qəzada sərxoş birinin ucbatından bacım qızının həyatı yarımçıq qaldı. Üç övladı anasız, atasız qaldı. Diana onların ailəsində yeganə gəlir mənbəyi idi”.

Dayısı əlavə edib ki, Diana ilə vida mərasimi mayın 10-da Çişmi kəndində olacaq.

AzVision.az



Teqlər:





Xəbər lenti