"Xalqın Heydər Əliyevə inamı dövlət çevrilişi cəhdinin qarşısını aldı" - Prezident
Heydər Əliyevin 1993-cü ilin oktyabrında böyük səs çoxluğu ilə Azərbaycan Respublikasının Prezidenti seçildiyini xatırladan dövlətimizin başçısı bildirib ki, bundan sonra dərhal ciddi islahatlara başlanıldı, siyasi sahədə islahatlar aparıldı, bütün azadlıqlar təmin edildi. AXC-Müsavat cütlüyü tərəfindən tətbiq edilmiş antidemokratik senzura qaydaları ləğv edildi. Azərbaycan dünyaya açıldı, beynəlxalq təcridə son qoyuldu.
Prezident qeyd edib ki, sabitlik inkişaf üçün, təhlükəsizlik üçün əsas şərtdir. Hər kəs bunu Azərbaycanın timsalında əyani şəkildə gördü ki, sabitlik olan yerdə əmin-amanlıq da var, inkişaf da var.
Sabitlik üçün güclü liderin lazım olduğunu bildirən dövlətimizin başçısı qeyd edib: “Azərbaycan xalqı Heydər Əliyevin simasında güclü Lideri seçərək, öz taleyini ona etibar etdi və yanılmadı. Azərbaycan xalqı müdrik xalqdır, dəfələrlə ən çətin anlarda, ən çətin dövrlərdə yeganə düzgün müdrik qərar qəbul etmişdir.
Daxili və xarici düşmənlər də başa düşürdülər ki, Azərbaycan artıq inkişaf yoluna qədəm qoyub. Onlar öz çirkin əməllərindən əl çəkmək fikrində deyildilər".
“Əsrin kontraktı” imzalanandan iki həftə sonra Azərbaycanda dövlət çevrilişinə cəhd edildiyini bildirən dövlətimizin başçısı deyib: “Yenə də Heydər Əliyev amili, xalqın ona inamı bu cəhdin qarşısını aldı. Yüz mindən çox insan Azadlıq meydanına toplaşaraq öz Liderinə dəstəyini göstərdi və hərbi çevrilişdə əli olan ünsürlər pərən-pərən oldular”.
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


