Dünya çempionatında 3 azarkeş tribunadan qovuldu

   Dünya çempionatında 3 azarkeş tribunadan qovuldu
  10 May 2023    Oxunub:918
Qətərin paytaxtı Dohada keçirilən cüdo üzrə dünya çempionatının təşkilatçıları Müqəddəs Georgi lentinə görə tribunadan 3 azarkeşi uzaqlaşdırıb.
Bu barədə “Inside the Games” Beynəlxalq Cüdo Federasiyasının nümayəndəsinə istinadən xəbər verir.

"Onlar Müqəddəs Georgi lentlərini çıxarmaqdan imtina etdikləri üçün tribunadan uzaqlaşdırılıblar. Həmçinin onlara yarışlarda iştirak etmək qadağandır", - federasiya sözçüsü bildirib.

Dünya çempionatı mayın 14-də başa çatacaq. Beynəlxalq Cüdo Federasiyasının İcraiyyə Komitəsinin qərarı ilə Rusiya və Belarus cüdoçuları 2024-cü ildə Parisdə keçiriləcək Olimpiya Oyunlarına vəsiqələr uğrunda mübarizə aparacaqları turnirdə fərdi neytral idmançı kimi iştirak edə bilərlər.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti