Güneyli müəllimlər yenidən küçələrə çıxıblar - VİDEO
Aksiyaçılar “Qadınlar, Yaşamaq, Azadlıq” və “Həbsdə olan müəllim azad edilməlidir” kimi şüarlar səsləndiriblər.
Məlumata görə, rejim qüvvələri Sənəndəcdə aksiyaçılara qarşı zor tətbiq ediblər, şəxsiyyəti hələlik müəyyən edilməmiş iki müəllim həbs edilib.
Bu gün Həmədan müəllimləri bir daha küçələrə çıxaraq tələblərinin yerinə yetirilməməsinə və həmkarlarının həbsinə etiraz ediblər. Bundan başqa, Şərqi Azərbaycan əyalətinin Culfa şəhərində də güneyli müəllimlər etiraz aksiyası keçiriblər.
AzVision.az
Teqlər: İran