Lavrov Çavuşoğlu ilə Cənubi Qafqazdakı durumu müzakirə ediblər

 Lavrov Çavuşoğlu ilə Cənubi Qafqazdakı durumu müzakirə ediblər
  10 May 2023    Oxunub:1614
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu mayın 10-da Moskvada rusiyalı həmkarı Sergey Lavrovla Cənubi Qafqazdakı durumu müzakirə edib.
AzVision.az xəbər verir ki, bunu türkiyəli nazir tviterdə yazıb.

O bildirib ki, tərəflər həmçinin Ukrayna və Suriyadakı durum barədə də danışıblar.

Qeyd edək ki, Moskvada Türkiyə, Rusiya, Suriya və İran XİN başçıları arasında dördtərəfli görüş keçirilir.

AzVision.az


Teqlər:





Xəbər lenti