Türkiyədə yeni konstitusiya qəbul olunacaq

   Türkiyədə yeni konstitusiya qəbul olunacaq
  10 May 2023    Oxunub:1000
“Türkiyəni milli iradə ilə hazırlamış yeni konstitusiya ilə qovuşdurmaq istəyirik”.
AzVision.az xəbər verir ki, bunu ölkə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

O bildirib ki, seçkilərdən sonra bu məsələ Türkiyə Böyük Millət Məclisində (TBMM) müzakirə olunacaq: “Türkiyənin yaradılmasının yüzüncü ildönümündə ən önəmli hədəflərindən biri bu olacaq”.

R.T.Ərdoğanın sözlərinə görə, yeni konstitusiya xüsusilə məhkəmə qurumlarının fəaliyyəti ilə bağlı müddəları ehtiva edəcək.

AzVision.az


Teqlər:



Xəbər lenti