Əsəd Ərəb Liqasının Sammitinə dəvət aldı

   Əsəd Ərəb Liqasının Sammitinə dəvət aldı
  10 May 2023    Oxunub:982
Suriya prezidenti Bəşər Əsəd Ciddə şəhərində keçiriləcək Ərəb Dövlətləri Liqasının sammitinə dəvət alıb. Bu barədə RİA Novosti Suriya liderinin mətbuat xidmətinə istinadən xəbər verir.
Qeyd olunur ki, dəvəti Səudiyyə Ərəbistanı kralı Salman bin Əbdüləziz əl-Səud göndərib. Səudiyyə Ərəbistanının İordaniyadakı səfiri tərəfindən Əsədə təhvil verilib.

Ərəb Liqasının növbəti sammiti mayın 19-da Səudiyyə Ərəbistanında keçiriləcək.

Xatırladaq ki, Ərəb Dövlətləri Liqasının xarici işlər nazirləri mayın 7-də keçirdikləri növbədənkənar iclasda təxminən 12 illik fasilədən sonra Suriyanın regional təşkilata qaytarılmasını təsdiqləyiblər.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti