Vasim Məmmədəliyev YAP-çı gənclərlə görüşüb

Vasim Məmmədəliyev YAP-çı gənclərlə görüşüb
  28 May 2014    Oxunub:1093
Binəqədi Rayon İcra Hakimiyyəti, YAP Binəqədi Rayon Təşkilatı və Binəqədi Rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə gənclərin akademik Vasim Məmmədəliyevlə “Gənclik, Müasirlik və İslam” mövzusunda görüşü keçirilib.
Görüşdə Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatının sədri Ramiz Göyüşov, şərqşünas-alim, BDU-nun ilahiyyat fakültəsinin dekanı, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, akademik Vasim Məmmədəliyev, Binəqədi Rayon Gənclər və İdman İdarəsinin rəisi Qüdsi Bayramov və ərazi ilk partiya təşkilatlarından olan gənclər iştirak ediblər.

Çıxış edən YAP Binəqədi Rayon Təşkilatının sədri Ramiz Göyüşov tanınmış alimin bir çox mövzularda onlarla əsərin müəllifi olduğunu, İslam dininin müqəddəs kitabı olan “Qurani-Kərim”-i tərcümə edən şəxslərdən biri olduğunu bildirib.

Akademik Vasim Məmmədəliyev Azərbaycan gəncliyinin milli və dini dəyərləri mühafizə edərək inkişaf etməsi, Azərbaycan Respublikasında mövcud olan tolerantlıq mühiti haqda danışıb. O, gənclərin ictimai-siyasi cəhətdən fəal olmalarının, vətəni qorumağın, onların Azərbaycanın davamlı inkişaflı naminə daim çalışmalarının vacibliyini bildirib, savadlı gəncliyin uğurlu bir gələcək olduğunu vurğulayıb.

Sonra tədbir gənclərin akademik Vasim Məmmədəliyevə ən müxtəlif məsələləri əhatə edən mövzularda suallar verməsi ilə davam edib










Teqlər:





Xəbər lenti