İlham Əliyev və ailə üzvləri Heydər Əliyevin məzarını ziyarət ediblər
Burada fəxri qarovul dəstəsi düzülüb.
Prezident İlham Əliyev Ümummilli Lider Heydər Əliyevin məzarı önünə əklil qoyub, Ulu Öndərin xatirəsini ehtiramla anıb.
Azərbaycan Respublikasının Dövlət Himni səslənib.
Birinci xanım Mehriban Əliyeva və ailə üzvləri Ümummilli Liderin xatirəsini dərin hörmətlə yad ediblər.
Sonra dövlət başçısı, birinci xanım və ailə üzvləri Ulu Öndərin ömür-gün yoldaşı, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın xatirəsini yad edərək məzarı üzərinə gül dəstələri qoyublar.
Tanınmış dövlət xadimi Əziz Əliyevin və professor Tamerlan Əliyevin də xatirələri yad olunub.
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


