Gürcüstan XİN rəhbəri Rusiyanın viza rejimini ləğv etməsini alqışlayıb

Gürcüstan XİN rəhbəri Rusiyanın viza rejimini ləğv etməsini alqışlayıb
  10 May 2023    Oxunub:929
Rusiyanın Gürcüstan vətəndaşları üçün viza rejimini ləğv etməsi onun müstəqil qərarıdır.
AzVision.az xəbər verir ki, bunu Gürcüstanın xarici işlər naziri İliya Darçiaşvili jurnalistlərə açıqlamasında deyib:

"Bu, onların suveren qərarıdır və istənilən ölkə başqa ölkələrlə viza rejiminin tətbiqinə və ya ləğvinə qərar verə bilər".

XİN başçısı Gürcüstanın Rusiya vətəndaşlarına tətbiq etdiyi viza rejiminin 2010-cu ildə əvvəlki hökumət zamanında ləğv edildiyini deyib:

"Məsələnin ən həssas tərəfi isə budur ki, qərar Rusiya-Gürcüstan müharibəsindən cəmi iki il sonra qəbul edilib".

İliya Darçiaşvili Rusiyanın qərarının humanitar nöqteyi-nəzərdən alqışa layiq tərəfindən olduğunu deyib.

"Bizim 1 milyondan çox vətəndaşımız Rusiya Federasiyasında yaşayır və onların Gürcüstanda yaşayan doğmaları ilə, qohumları ilə yaxın əlaqələri var. Bu qərar humanitar nöqteyi-nəzərdən istənilən məsuliyyətli hökumət tərəfindən alqışlanılandır. Bu qərar bizim vətəndaşlarımızın yaşayış şəraitini asanlaşdıracaq və onların bir-biriləri ilə əlaqə saxlamasına, bir-birilərini ziyarət etmələrinə imkan verəcək",- XİN başçısı bildirib.

AzVision.az



Teqlər:





Xəbər lenti