Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyində Ulu Öndər Heydər Əliyevə həsr olunmuş “Yubiley tədbiri” keçirilib

Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyində  Ulu Öndər Heydər Əliyevə  həsr olunmuş “Yubiley tədbiri” keçirilib
  10 May 2023    Oxunub:2466
Tədbir Azərbaycan Respublikasının Dövlət himninin səsləndirilməsi və Ulu Öndər Heydər Əliyevin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb.
Agentliyin rəisi general-mayor İlqar Abbasov tədbiri giriş nitqi ilə açaraq Ulu Öndər Heydər Əliyevin şərəfli ömür yolu, Azərbaycan xalqının tarixindəki misilsiz xidmətlərindən, Heydər Əliyevin Azərbycan Respublikasına rəhbərlik etdiyi dövrdə ölkə həyatının bütün sahələrini əhatə edən hərtərəfli hüquqi, siyasi və iqtisadi islahatlar strategiyasından bəhs edib.

Agentliyin rəisi vurğulamışdır ki, Ulu Öndər Heydər Əliyev müdrik, qətiyyətli siyasi lider və bənzərsiz dövlət xadimi olaraq tarixin onun üzərinə qoyduğu taleyüklü iki missiyanın - xilaskarlıq və quruculuq missiyasının öhdəsindən məharətlə gəlmiş, Azərbaycanı dərin böhrandan, xaos və anarxiyadan, vətəndaş müharibəsi, separatizm və müstəqilliyi itirmək kimi dəhşətli təhlükələrdən xilas etmişdir. Milli-mənəvi dəyərlərimiz bərpa edilmiş, ölkənin ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni həyatında dönüş yaranmış, beynəlxalq normalara uyğun sivil və hüquqi dövlət quruculuğuna başlanmış, siyasi sabitlik formalaşmış, qanunçuluğun və hüquq qaydalarınıın bərpası istiqamətində kompleks tədbirlər həyata keçirilmiş, Milli ordunun formalaşması, nizami silahlı qüvvələrin yaradılması, torpaqların müdafiəsi ilə bağlı mühüm addımlar atılmış, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ müharibəsində atəşkəsə nail olunmuşdur. 1995-ci ilin 12 noyabrında ümumxalq səsverməsi yolu ilə Azərbaycan Respublikasının Konstitutsiyası qəbul edilib.

Müstəqil Azərbaycanı müasir, güclü, davamlı iqtisadi inkişafa malik dövlətə çevirmək üçün Ümummilli Lider Heydər Əliyev tərəfindən gələcək siyasi-iqtisadi islahatların köklü transformasiyasının əsası olacaq neft strategiyası müəyyənləşdirilmiş, xarici sərmayədarların Azərbaycanın neft yataqlarının işlənilməsinə cəlb edilməsi, xam neftin daşıma yollarının şaxələndirilməsi, neft gəlirlərinin səmərəli idarə olunması və Azərbaycanın yeni inkişaf mərhələsinə qədəm qoyması təmin edilib. 1994-cü il sentyabrın 20-də Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Azəri”, “Çıraq” neft yataqlarının və “Günəşli” neft yatağının bir hissəsinin müştərək işlənməsi və hasilatın pay bölgüsü haqqında Saziş - “Əsrin müqaviləsi” imzalanmış, 1997-ci ilin sonlarında Bakı-Novorossiysk, 1999-cu ildə Bakı - Supsa neft kəmərləri çəkilib istifadəyə verilmiş, 2002-ci ildə Ümummilli Lider Heydər Əliyevin davamlı səyləri nəticəsində “Əsrin müqaviləsi”ndə nəzərdə tutulan Bakı-Tbilisi-Ceyhan neft kəmərinin təməli qoyulmuş, Azərbaycanın qazla zəngin yataqları kəşf olunub.

Heydər Əliyevin ardıcıl və məqsədyönlü şəkildə həyata keçirdiyi xarici siyasət nəticəsində müstəqil Azərbaycan dövlətinin beynəlxalq münasibətlər sistemində yeri, əlaqələrinin yaxın dövr üçün prioritetləri, istiqamətləri, aparıcı strategiyası müəyyənləşdirilib.Azərbaycan Respublikasında söz, fikir və mətbuat azadlığının təmin edilməsi üçün 6 avqust 1998-ci ildə mətbuat sahəsində də köklü islahatlara başlanılmış, senzura ləğv olunub.

Heydər Əliyev tərəfindən həyata keçirilən geişmiqyaslı məhkəm-hüquq islahatları nəticəsində Ölkədə qanunun aliliyi bərpa edilmiş, humanizm prinsiplərinə zidd olan cəza növləri və məcburiyyət tədbirləri ləğv olunub. Cəza siyasətinin humanistləşdirilməsi məqsədilə 1998-ci il fevralın 10-da Azərbaycanda ölüm cəzası ləğv olunub.

Beləliklə, Ulu öndər Heydər Əliyevin ideyaları, başladığı islahatlar Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilərək Azərbaycanı tənəzzüldən böyük və heyrətamiz inkişaf yoluna gətirib çıxarıb.

İlqar Abbasov çıxışının sonunda Ulu Öndər Heydər Əliyevin Naxçıvan Muxtar Respublikasında yaşadığı dövrdə onunla bağlı olan xatirələrindən bəhs edib.

Tədbirdə, həmçinin, Agentliyin Peşə hazırlığı idarəsinin rəisi polkovnik Ceyhun Qəmərli “Milli təhlükəsizlik orqanlarının inkişafında Heydər Əliyevin rolu” mövzusunda çıxış edib.
Tədbirin sonunda Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş qısametrajlı filmə baxılıb.



Teqlər:



Xəbər lenti