"Bakı Metropoliteni”nin kollektivi Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edib
Daha sonra bu il 100 illiyi qeyd edilən görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın məzarını ziyarət edərək xatirəsini ehtiramla anıb, məzarı önünə güllər qoyulub.
"56 il əvvəl istifadəyə verilərək, Azərbaycan paytaxtının əsas ictimai sərnişindaşıma nəqliyyatı sektorunun əsas qüvvələrindən birinə çevrilmiş Bakı metropoliteninin böyüyüb inkişaf etməsində Ümummilli Lider Heydər Əliyevin misilsiz xidmətləri olub.
Məhz onun birbaşa rəhbərliyi və yaxından dəstəyi sayəsində metropoliten xətlərinin uzunluğu 2003-cü ildə 31,5 km-ə çatdırılıb. Həmin dövrə qədər metropoliten stansiyalarının istifadəyə verilməsinin 70 %-dən artığı məhz Ulu Öndərin adı ilə bağlıdır.
Müstəqillik illərində SSRİ dağıldıqdan sonra əsas təchizatı ölkə xaricindən olan metropolitenin nəinki infrastruktur və təsərrüfatını qoruması, hətta inkişaf yoluna qədəm qoyması da məhz Heydər Əliyevin uzaqgörən siyasətinin və şəhər nəqliyyatında metropolitenin əhəmiyyətinə verdiyi önəmin təzahürüdür", - məlumatda deyilir.
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


